ATEF Şirkətlər Qrupu
İşə Qəbul üzrə Mütəxəssis
Mağaza direktoru axtarılır - MAAŞ 1700-3000 MANAT - VAKANSİYA
"Ziraat Bank Azərbaycan" işçilər axtarır - VAKANSİYALAR
"Makro 2000" işçilər axtarır - MAAŞ 1700-2200 MANAT - VAKANSİYA
"TuranBank ASC" işçi axtarır - VAKANSİYA
"ATEF Şirkətlər Qrupu" işçilər axtarır - MAAŞ 600-1000-1500 MANAT - VAKANSİYALAR
"Xalq Bank" işçilər axtarır - VAKANSİYALAR
"Bolt Azerbaijan" işçi axtarır - VAKANSİYA
"Express Bank" işçilər axtarır - VAKANSİYALAR
"Green Cleaning MMC" işçi axtarır - MAAŞ 800-1200 MANAT - VAKANSİYA
"Veysəloğlu Şirkətlər Qrupu" işçi axtarır - MAAŞ 500 MANAT - VAKANSİYA
Son tarix 23 noy 2024 - - [email protected]
ATEF ŞİRKƏTLƏR QRUPU” MMC “İşə Qəbul üzrə Mütəxəssis” (İSO 9001:2015 - Keyfiyyət idarəetmə sistemlərinə uyğun kadr planlaması və işə qəbul mütəxəssisi) vəzifəsinə vakansiya elan edir!
İş yeri: Bakı şəhəri
Əmək haqqı: 1000-1500 AZN
İş şəraiti:
- Tam sosial təminat
- 5 günlük iş həftəsi
- Nahar fasiləsi: 12:00-13:00
- Nahar müəssisə tərəfindən təmin edilir.
İş barədə məlumat:
- İşçi ehtiyaclarının müəyyən edilməsi və operativ şəkildə vakant yerlər üzrə yerləşdirilməsi;
- Vakansiyalarla bağlı aidiyyatı struktur bölmə rəhbərləri ilə işin təşkilinin aparılması və icrasına nəzarət;
- Mövcud vakansiyalar üzrə elanların hazırlanması, yerləşdirilməsi və icrası;
- Daxil olan CV-lərin incələnməsi və vakansiyalara uyğun namizədlərin seçilməsi;
- Müəssisədə mövcud olan vəzifələrin kriteriyaları üzrə işə qəbul testlərinin hazırlanması;
- İşə qəbul prosesi ilə bağlı ehtiyat kadr bazasının hazırlanması və daim yenilənməsi;
- Şirkətin işəqəbul və yerləşdirmə müddətində lazımi proseslərin icrasına nəzarət etmək;
- Sınaq müddətinin təyin edilməsi və izlənməsi;
- İşə qəbul prosesi ilə bağlı aylıq, rüblük, illik hesabatların hazırlanması.
Tələblər:
- Ali təhsilli,
- Əmək qanunvericiliyi ilə bağlı bilik və iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst yazılı və şifahi nitq qabiliyyəti, ingilis və rus dillərində bilgi arzuolunandır;
- Müvafiq sahədə 3- 5 il iş təcrübəsi;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
- İşə qəbul müsahibələrinin aparılmasında təcrübəyə sahib olmalı;
- Yüksək ünsiyyət və analitik düşünmə, təhliletmə qabiliyyətinə sahib olmalı;
- CV incələmə, görüş təqvimini planlama, ilkin müsahibə prosesinin həyata keçirilməsi, işə qəbul prosesinə hakim olmalı;
- MS Office proqramlarını əla səviyyədə idarə etmək qabiliyyəti olmalı.
- Bəy namizədlərə üstünlük veriləcəkdir.
Namizədin şəxsi keyfiyyətləri:
- Fikrini izah etmək qabiliyyəti;
- Ezamiyyə imkanları;
- Ünsiyyət yaratmaq bacarığı;
- İşə planlı yanaşması;
- Fəal olması və komandada işləmək bacarığı.
Bu vəzifəyə müraciət etmək üçün CV-ni qeyd edilmiş e-mail ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “İşə Qəbul üzrə Mütəxəssis” Mövzu bölməsində göstərin.
Energetika Mühəndisi
Son tarix 23 noy 2024 - [email protected]
İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi,
Əmək haqqı: 600-1000 AZN.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi
- 5 günlük iş həftəsi
- Nahar fasiləsi: 12:00-13:00
- Nahar müəssisə tərəfindən təmin edilir.
İş barədə məlumat:
- Texniki tapşırığa əsasən layihə sənədlərinin işləmək, razılaşdırılan elektrik layihələrini hazırlamaq və yoxlamaq;
- Layihə həyata keçirilən ərazilərə baxış keçirilmək və işlərin proseslərinin monitorinqini aparmaq;
- Transformator, elektron avadanlıqların texniki xidməti;
- Elektrik işlərinin normativ qaydalara müvafiq və düzgün aparılmasına nəzarət etmək;
- Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatlarin hazırlanmasını təmin etmək;
- Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunmasına nəzarət etmək;
- Elektrik təchizatı üzrə layihə və işçi sənədlərin işlənib hazırlanmasını təmin etmək;
- Aparılan elektrik quraşdırma işlərinə nəzarət etmək;
- Elektrik sistemlərinin tam gücü ilə və saz vəziyyətdə işləməsini təmin və nəzarət etmək;
- Sistemlərdə meydana gələn nasazlıqların aradan qaldırılması üçün sistemə vaxtında müdaxilə etmək;
- Elektrik avadanlıqlarına mütəmadı qaydada texniki baxışın və nəzarətin həyata keçirilməsi, sistemə uyğun qoruyucuların saz vəziyyətdə saxlanılması və daimi monitorinqini həyata keçirmək;
- Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək,
- Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən qurulmasında iştirak etmək,
Tələblər:
- Ali təhsilli (elektroenergetika mühəndisliyi üzrə bakalavr və ya magistr),
- Müvafiq ixtisas üzrə 3 il iş təcrübəsi,
- Yüksək gərginlikli güc transformatorları haqqında nəzəri və praktik biliklərinin olması,
- Komputerdə mühəndis hesabat və dizayn proqramlarında işləmə bacarığının olması,
- Konstruktor sənədlərinin tərtib olunması barədə standartların tələblərini bilməsi,
- Transformatorlarin sarğıları, maqnit nüvə sisteminin quruluşu və yağ çənlərinin (soyutma sistemlərinin) konstruksiyaları haqqında biliklərin olması,
- Yarımstansiyaların paylayıcı qurğularının ümumi quruluşu və birxəttli sxemləri analiz etmək bacarığı,
- Paylayıcı qurğuların ayrı-ayrı elementlərinin funksiyaları (açar, ayırıcı, ölçü transformatorları, rele mühafizə və s.) haqqında ümumi məlumatların olması,
- Normativ və Texniki sənədlərlə işləmək bacarığı,
- MS Excel, Auto Cad, 3D, SolidWorks proqramlarında işləmək bacarığı,
- Azərbaycan, rus, ingilis (təlimlər ingilis dilində olacaq) və türk dili,
Namizədin şəxsi keyfiyyətləri:
- Fikrini izah etmək qabiliyyəti;
- Ezamiyyə imkanları;
- Ünsiyyət yaratmaq bacarığı;
- İşə planlı yanaşması;
- Fəal olması və komandada işləmək bacarığı.
Bu vəzifəyə müraciət etmək üçün CV-ni qeyd edilmi\ş e-mail ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Energetika Mühəndisi” Mövzu bölməsində göstərin.