FED.az xəbər verir ki, "AzərTürkBank" Əməliyyat şöbəsinin mütəxəssisi (Şirvan filialı) vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri
- Hüquqi və fiziki şəxslərə yüksək səviyyəli bank xidmətlərinin göstərilməsi
- Bankın məhsul və xidmətləri barədə müştərilərə məlumatların verilməsi
- Hüquqi və fiziki şəxslərə bank hesablarının açılması və hesablar üzrə əməliyyatların aparılması
- Nağd vəsaitlərin qəbul edilməsi və verilməsi üzrə əməliyyatların aparılması
- Kommunal, vergi, cərimə və digər ödənişlərin icrasını təmin etmək, konvertasiya əməliyyatları aparmaq
- Müştərilərin hesablarına vergi, məhkəmə orqanları və DSMF tərəfindən qoyulmuş sərəncamların reyestrini aparmaq, icrasını təşkil etmək
- Depozitlərin növü, şərtləri, tətbiq edilən faiz dərəcələri haqqında müştərilərə məlumat vermək, müvafiq prosedurlara uyğun olaraq depozitləri qəbul etmək
- Sənədli əməliyyatların düzgün aparılmasını təmin etmək
- İş gününün sonunda əməliyyatlar başa çatdıqdan sonra müştərilərin hesablarının qalıqlarını yoxlamaq və sərəncamların reyestr ilə üzləşdirmək
- Şöbənin fəaliyyətindən irəli gələn digər vəzifələri icra etmək
Namizədə olan tələblər
- Ali təhsil
- Azərbaycan dilində yüksək ünsiyyətqurma qabiliyyəti
- Kollektiv tərkibində işləmək bacarığı
- Müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır
- Peşəkarlıq, məsuliyyətlilik və diqqətlilik
- Qüvvədə olan bank qanunvericiliyi və normativ hüquqi aktlar üzrə biliklər
- MS Office proqramlarından istifadə bacarığı
CV-lərinizi vakansiyanın adını qeyd etməklə https://atb.az/karyera-merkezi/ ünvanında müraciət formasını dolduraraq və ya [email protected] poçt ünvanına göndərərək bizə müraciət edə bilərsiniz.