Company
Maliyyə üzrə aparıcı mütəxəssis
Son tarix 15 mar 2024 - [email protected]
Namizədə dair tələblər:
- Ali təhsil (maliyyə, iqtisadi);
- Maliyyə sahəsində ən azı 2 il iş təcrübəsi;
- Azərbaycan , Rus və İngilis dili (arzuolunandır);
- ACCA sertifikatı olması üstünlükdür;
- MS Office (Word, Excel), 1C sistemi üzrə biliklər;
- Maliyyə sahəsi üzrə analitik biliklər.
Vəzifə öhdəlikləri:
- İFRS və daxili siyasətlərə uyğun olaraq aylıq maliyyə hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Şirkətin mаliyyə hеsаbаtının tərtib еdilməsi və fəаliyyətinin mаliyyə göstəricilərinin hеsаblаnmаsı üçün lаzım оlаn məlumаtlаrın tоplаnmаsı və аnаlizi;
- Aylıq olaraq xərclərin səmərəliliyini və məqsədyönlü olmasını təhlil etmək, mal və xidmətlərin alış qiymətlərini nəzərdən keçirmək, xərclərin azaldılması və bu kimi istiqamətlərdə alternativ təşəbbüslər ilə çıxış etmək;
- Aylıq və illik maliyyə hesabatlarının hazırlanması;
- Satış üzrə təhlillərin aparılması və debitorlara nəzarət edilməsi;
- Xərclərə və büdcənin icrasına nəzarət edilməsi;
- Ay bağlanışı prosesinə nəzarət etmək;
- Məhsulların maya dəyərlərinin hesablanmaı.
İş rejimi:
- Əmək haqqı:1500-2000 AZN (namizədin bilik və bacarıqlarına uyğun olaraq dəyişə bilər)
- İş günləri: 5 gün, 09:00-dan 18:00-dək
- İstirahət günləri - Şənbə/Bazar
- İş yeri: Bakı şəhəri,Dərnəgül qəs,Ziya Bünyadov pr.13
Maraqlanan şəxslər öz CV formalarını e-mail ünvanına göndərə bilər (məktubun mövzu bölməsində vakansiyanın adını “Maliyyə üzrə aparıcı mütəxəssis” qeyd etməyiniz xahiş edilir, əks halda müraciətə baxılmayacaq)