AFFA
İnsan Resursları üzrə aparıcı mütəxəssis/baş mütəxəssis
Son tarix 06 mar 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Vakansiyalar üzrə elanların müvafiq saytlarda yerləşdirilməsi,CV-lərin analiz edilməsi, müsahibələrin təşkili,namizədlərə geri dönüşlərin edilməsi
- Şirkət üzrə vəzifə təlimatlarının və bütün növ əmrlərin yazılması (işə qəbul, işdən azad, ezamiyyə, məzuniyyət, mükafatlandırılma, intizam tənbehi və s.,)
- Ay sonu əmək haqqı tabellərinin hazırlanaraq mühasibatlığa təhvil verilməsi;
- Yeni gələn əməkdaşların ofislə tanış edilməsi, adaptasiya/orientasiya proqramı və rəhbərlik ilə görüşdürülməsi;
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə əsasən yeni işçilərin sənədlərinin qəbulu, əmək müqaviləsinin bağlanması, dəyişikliklərin edilməsi, xitam verilməsi, vəzifə dəyişikliyi, mükafatlandırılması, məzuniyyət, ezamiyyətə göndərilməsi və sair ilə bağlı sənədlərin rəsmiləşdirilməsi, habelə Əmək Müqaviləsi bildirişlərinin ƏMAS altsisteminə daxil edilməsi, müvafiq sənədləşmənin icra edilməsi və ƏMAS-la və İSB ilə bağlı digər əməliyyatları vaxtında yerinə yetirmək;
- İşçilərin illik əmək məzuniyyətlərinin qrafikinin qurulması, təhsil, analıq və öz hesabına məzuniyyətlərin verilməsi,istifadə edilməmiş məzuniyyətlərin kompensasiya edilib verilməsi
- İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazasını (data baza) hazırlamaq və mütəmadi yeniləmək;
- Əməkdaşların daxili icra və əmək intizamı qaydalarına riayət etməsinə nəzarət edilməsi
- Sənəd dövriyyəsində daxili və arayışların, xasiyyətnamələrin yazılmasını icra etmək
- İşdən çıxış (offboarding) proseslərini, o cümlədən işdən çıxış müsahibələrini və sənəd işlərini idarə etmək.
- Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət edilməsi;
Namizədə tələblər:
- İnsan Resursları, Biznes İdarəetməsi və ya müvafiq sahədə ali təhsil;
- İnsan resursları sahəsində 3 ildən az olmayaraq peşəkar iş təcrübəsi;
- Azərbaycan Respublikası Əmək Məcəlləsi və mövcud əmək qanunvericiliyini mükəmməl bilmək;
- MS Office (Word, Excell, Power Point, Outlook) proqramlarında sərbəst işləmək bacarığı;
- Dil bilikləri - azərbaycan dili əla, İngilis dili və Rus dili – arzuolunandır;
- 1C 8.3 proqramında işləmək bacarığı;
- İnsan Resursları sahəsində təlim sertifikatlarının olması;
- Analitik düşünmə və problemləri həll etmə bacarıqları;
- Aktiv, məsuliyyətli, stressə davamlı, işində dəqiq, ünsiyyətcil.
İş barədə məlumat:
- İş günləri : Həftənin 5 iş günü
- İş vaxtı: 09:00-dan 18:00-dək
- Əmək haqqı: razılaşma əsasında
- Ünvan: 8 Noyabr pr. 163, AFFA