100 tələbəyə 3 min manat birdəfəlik təqaüd veriləcək.
Baş nazirdən “Heydər Əliyev adına təqaüd”lə bağlı - SƏRƏNCAM
Təqaüd Azərbaycandakı ali təhsil müəssisələrində əyani formada təhsil alan, yüksək nailiyyətləri olan tələbələr üçün nəzərdə tutulub.
FED.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin əməkdaşı Samir Həmidov bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə "Heydər Əliyev adına təqaüd" təsis edilib.
100 nəfər tələbə üçün təsis edilmiş "Heydər Əliyev adına təqaüd"ün verilməsi ilə bağlı maliyyələşmə zərurəti yarandıqda, bu barədə təkliflər Nazirlər Kabinetinə təqdim ediləcək.
Samir Həmidov qeyd edib ki, tələbənin qiymətləri yüksək olmalıdır. Bundan əlavə təhsil aldıqları tədris ocaında yüksək fəallıq nümayiş etdirmələri də əsas meyyarlardan biridir. Müvafiq qaydalar hazır olduqdan sonra təqaüdün verilməsinə başlanılacaq.
Qeyd edək ki, təqaüd birdəfəlik veriləcək. (Xezerxeber.az)