2024-cü ilin yanvar-may aylarında Azərbaycandan xarici ölkələrə 16,2 milyon dollar dəyərində 267,6 min ton sement ixrac olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 572,7 min dollar və ya 3,7% artıb , miqdar ifadəsilə 14,4 ton və ya 5,1% aşağı düşüb.
2023-cü ilin ilk 5 ayında isə Azərbaycandan 15,7 milyon dollar dəyərində 282 min ton sement ixrac olunmuşdu.
1 ton sementin orta ixrac qiyməti 2024-cü ilin beş ayında 103 manata başa gəlib ki, bu da illik müqayisədə 9 manat (9,2%) bahalaşma deməkdir.
Ötən ilin eyni dövründə çayın orta ixrac qiyməti 94 manata başa gəlib.