2023-cü ilin yanvar-may aylarında Azərbaycanda 19 931,6 ton marqarin yağı istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə marqarin yağının istehsalı 6 936 ton və ya 25,8% azalıb.
2022-ci ilin yanvar-may aylarında bu göstərici 26 867,8 ton təşkil edib.
01.06.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 5 482,4 ton olub.