Bu ilin 4 ayında mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 13,1 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,7 faiz azalıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 16 milyard 566,1 milyon kubmetr təbii qaz, 9 milyon 117,4 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib.
Məlumata görə sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 9,1 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 12,9 milyard kub metr təşkil edib.
Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,4 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 1,4 faiz artıb.