Uşağa bilavasitə qulluq edən ana uşağa qulluğa görə çevik məzuniyyət götürmək imkanına da malik olmalıdır.
FED.az xəbər verir ki, bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2019-cu il üzrə illik hesabatı Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2019-cu il üzrə illik hesabatında əksini tapıb.
Eləcə də bax: Valideyn himayəsindən məhrum olmuş uşaqlara - YAŞAYIŞ SAHƏLƏRİ VERİLƏCƏK
Sənəddə qeyd edilib ki, Əmək Məcəlləsinin 127-ci maddəsinə əsasən, uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın 3 yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericilikdə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdir. Uşağa qulluq edən işçi yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüquqlarından tam, yaxud hissə-hissə istifadə edə bilər.
Ombudsman isə hesab edir ki, Uşağa bilavasitə qulluq edən ana uşağa qulluğa görə çevik məzuniyyət götürmək imkanına da malik olmalıdır. Uşağa qulluq edən ananın məzuniyyət müddətini seçmək və müəyyən edilmiş məbləğdə verilən müavinətin həddini həmin müddətə uyğunlaşdırmaq hüququ olmalıdır. Ana əvvəlcədən 3 illik məzuniyyət müddətinin əvəzinə öz istəyinə uyğun 1 illik müavinət götürmək istədikdə verilən müavinətin də məbləğinin ona uyğunlaşdırılması, yəni müavinətin məbləğinin məzuniyyətin azaldıldığı həddə qədər artırılması məqsədə uyğundur. Ombudsman qeyd edilənləri nəzərə alınaraq, Əmək Məcəlləsinin 127 maddəsinə yeni redaksiyada üçüncü hissəsinin əlavə edilməsini təklif edib. Təklifdə qeyd edilib ki, uşağa qulluq edən ana yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan istifadə edərkən bu, birinci hissəsində göstərilən müddəti (3 il) daha az, lakin 6 aydan az olmayan müddətlə əvəz edə bilər. Bu halda uşağa qulluq etməkdən ötrü qanunvericilikdə müəyyən edilmiş məbləğdə verilən müavinətin məbləği məzuniyyətin azaldıldığı müddətə mütənasib olaraq artırılır.
Apa