Azərbaycan Respublikası Səhiyyə nazirliyinin mətbuat xidmətinin daha bir əməkdaşı işindən uzaqlaşıb.
FED.az xəbər verir ki, nazirliyin əməkdaşı, tanınmış jurnalist Cavid Xəlilov bu gün nazirlikdəki işindən uzaqlaşması ilə bağlı "facebook" sosial şəbəkəsində müvafiq status paylaşıb:
"Dəyərli jurnalist həmkarlarım! Nəzərinizə çatdırıram ki, mən Səhiyyə Nazirliyi ilə yollarımı artıq ayırdım! Səhiyyə məsələlərinə dair suallarınızı artıq cavablandıra bilməyəcəm. Hamınıza uğurlar arzu edirəm, dostlar!"
Qeyd edək ki, bir müddət əvvəl nazirliyin mətbuat xidmətinin rəhbəri Liya Bayramova işdən azad edilmişdi.
Tanınmış jurnalist Cavid Xəlilov Səhiyyə Nazirliyindəki işindən uzaqlaşdı
20:17
24 Aprel 2018