Tender 2 Lot üzrə keçirilir.
Lot- 1. Maştağa qəsəbəsində 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının ərazisində yeni korpusun tikintisi.
Lot-2. Şəmkir rayonunun Kür qəsəbəsində Xəstəxana binasının təmiri işlərinin satınalınması.
Tenderdə iştirak etmək istəyən hüquqi şəxslər aşağıdakı zəruri sənədlərə malik olmalıdırlar:
- tikinti -quraşdırma işlərinin həyata keçirilməsi barədə lisenziya;
- müəssisənin maddi- texniki bazası və kadr potensialı barədə təsdiq edilmiş məlumat;
- müəssisənin səhiyyə obyektlərinin tikintisi sahəsində ən azı 3 il olmaqla iş təcrübəsini təsdiq edən sənədlər;
- müəssisənin son 3 ildə tikinti sahəsində maliyyə dövriyəsi (10,0 milyon manatdan az olmamaq şərtilə);
İştirakçılar hər lot üçün 600 (altı yüz) manat məbləğdə iştirak haqqını qeyd olunmuş hesaba köçürdükdən sonra tender sənədlərini Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən (Bakı şəhəri, M.Mirqasımov küçəsi, 1a, tel. 565-12-41) ala bilərlər;
Rekvizitlər:
B1. Benefisiar (alan) bank/ Beneficiary Bank
Adı/Name DXA
Kodu/Code 210005
VÖEN/INT 1401555071
M h: Corr.Acc. AZ41NABZ 01360100000000003944
S.W.I.F.T./S.W.I.F.T.CTREAZ22
B2. Alan müştəri/ Beneficiary
Adı/Name AR Səhiyyə Nazirliyi
Hh :Account № AZ81CTRE00000000000002128201
VÖEN/INT 1400049171
Fond 7, maddə 142340
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır. İştirak haqqı heç bir halda geri qaytarılmır.
Tender iştirakçıları öz tender təkliflərini əsas şərtlər toplusunun tələblərinə üyğun olaraq iki nüsxədən ibarət hazırlayaraq, ikiqat bağlı zərfdə
4 may 2018-ci il saat 17.00-a kimi tender komissiyasına təqdim etməlidirlər. Göstərilən vaxtdan sonra təqdim olunan tender təkliflərinə komissiyada baxılmayacaq, zərflər açılmadan geri qaytarılacaqdır. Tender təklifləri və zərflərin bağlanan hissəsi iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir. Zərflərin üzərinə əsli və surəti sözləri qeyd edilməlidir.
İştirakçılar aşağıdakı sənədləri zərfdə 26 aprel 2018-ci il saat 17.00-a kimi
tender komissiyasına təqdim etməlidirlər:
- tender iştirakçısının cari maliyyə vəziyyətinin yaxşı olduğunu və gələcəkdə davamlı şəkildə mənfəətli olduğunu nümayiş etdirən son beş (5) ili əks etdirən, auditdən keçirilmiş balans vərəqələri və ya tender iştirakçısının ölkə qanunu ilə tələb olunmadığı halda sifarişçini qane edəcək digər maliyyə hesabatları (ən azı tender iştirakçısının ümumi kapitalı ilə ümumi öhdəlikləri arasındakı riyazi fərq müsbət olmalıdır);
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının tam adı, hüquqi statusu, Azərbaycan Respublikasında qeydiyyatı və rekvizitləri;
- iddiaçının vergilərə və icbari ödənişlərə dair borcunun olub-olmaması haqqında müvafiq arayış.
Göstərilən sənədlər tələb olunan qaydada hazırlanıb müəyyənləşdirilmiş vaxtda tender komissiyasına təqdim olunarsa, həmin iştirakçılar iddiaçı kimi qeydə alınacaq.
Tender təklifi zərflərin açıldığı gündən azı 30 bank günü müddətində qüvvədə qalmalıdır.
Tender təkliflərinin təqdiminin son tarixi 4 may 2018-ci il saat 17.00-dır.
Təklif zərflərinin açılışı isə 7 may ¬2018-ci il saat 15.00-da olacaqdır