Bakı şəhəri Xətai rayonu ərazisində bu gün ərzində su məhdudiyyətlə veriləcək.
Eləcə də bax: Bakıda bu işçilərin - MAAŞLARI ARTIB
FED.az “Azərsu”ASC-nin yaydığı məlumata istinadən xəbər verir ki, magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar gün ərzində Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.