Bu ilin sentyabrın 1-nə olan statistikaya görə, məşğulluq xidməti orqanlarında qeydiyyata alınan işsiz şəxslərin sayı 70900 nəfər olub, onların 35,3 faizini qadınlar təşkil edib.
Dövlət Statistika Komitəsindən FED.az-a verilən məlumata görə, işsizlikdən sığorta ödənişinin orta məbləği 233,5 manat olub.
Eləcə də bax: Azərbaycanda işsizlər üçün kurslar açılacaq -NAZİRLİKDƏN AÇIQLAMA,SİYAHI
Eyni zamanda, bu ilin sentyabrın 1-nə olan göstəricilərə əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 191 200 nəfər olub ki, onlardan 4 939 100 nəfərini məşğul əhali təşkil edib.