“Məşğulluq haqqında” qanun layihəsi yenidən hazırlanıb.
FED.az xəbər verir ki, qanun layihəsində məşğulluqla bağlı bütün tələb və qaydalar yeni formada təsbit olunub.
Qanun layihəsi aprelin 6-də Əmək və sosial siyasət komitəsinin iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, hazırda qüvvədə olan eyni adlı qanun 2001-ci ildə qəbul olunub.