Azərbaycanda dəftərxana ləvazimatlarının satışı üzrə tanınmış brendə çevrilən “Ofisait”in Bakıda şəhərində yeni mağazasının rəsmi açılışı olub.
Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhəri, Yasamal ray, İnşaatçılar pr.,Şərif Zadə 148 (inşaatçılar metrosunun çıxışı) ünvanında yerləşən mağaza “Ofisait”in ölkə üzrə isə sayca 30-cu mağazasıdır.
Müştərilər yeni açılan mağazaya yaxınlaşmaqla “OYAL”, “ASSİS”, “QUİCKS”, “Cassa”, “SilSil”, “Boltexno”, “FRAUZEN”, “HANSBUR”, “Samuray”, “Zyklen” və digər tanınmış brendlərin dəftərxana, ofis və məktəb ləvazimatları, həmçinin mətbəx və ev əşyaları, elektron əşyalar, idman məhsulları, uşaq oyuncaqları, kitabları və digər məhsulları sərfəli qiymətlərlə əldə edə bilərlər.
Yeni açılmış mağazada məhsullarla bağlı daha ətraflı məlumat almaq üçün 070 441 52 65 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Qeyd edək ki, “OYAL” brendi 23 ilə yaxındır ki, Azərbaycan bazarında “Məktəbli Arzuları” devizi ilə nəinki məktəblilərin, eyni zamanda tələbələrin,iş adamlarının və valideynlərin sevimlisinə çevrilmişdir.
Şirkətin məhsullarını Bakı və bölgələrdə 30-a yaxın filialı olan “Ofisait” mağazaları ilə yanaşı, şəhərimizin dəftərxana ləvazimatları satılan bir çox mağazalarından da əldə etmək mümkündür.
“Ofisait”in Bakıda daha bir mağazası açıldı - Yasamalda
11:52
16 Mart 2018