Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində əlilliyi olan şəxslərin elektron informasiya bazası yaradılır.
Nazirlikdən FED.az-a verilən məlumata görə, informasiya bazasına əlilliyi olan şəxslər barədə zəruri məlumatlar daxil ediləcək.
Eləcə də bax: 1716 nəfər əlilliyi olan şəxs - İŞLƏ TƏMİN OLUNUB
Məlumatda bildirilir ki, 2015-ci ilin dekabr ayından etibarən ölkədə əlilliyin qiymətləndirilməsi prosesi elektronlaşdırılıb. Həmin dövrə qədər müddətsiz əlillik təyinatı aparılmış əlilliyi olan şəxslər barədə elektron sistemdə məlumatlar mövcud olmadığından, yeni informasiya bazasına qeyd olunan dövrə qədər müddətsiz əlillik təyinatı aparılmış 170 minədək şəxs barədə məlumatlar daxil ediləcək. Bazada müddətsiz əlillik dərəcəsi olan şəxslərlə yanaşı, müddətli əlillik təyinatı aparılmış vətəndaşların da məlumatları toplanacaq.