İşsizlər üçün nəzərdə tutulan 190 manatla bağlı qeydiyyatın aparıldığı e-sosial.az portalının fəaliyyətində fasilə yaranıb.
FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, profilaktik işlərin aparılması ilə əlaqədar olaraq saytın fəaliyyətinin müvəqqəti dayandırıldığı bildirilib.
Qeyd olunub ki, saat 15:00-da saytın qeydiyyatı bərpa olunacaq.
Qeyd edək ki, bu gün qeydiyyat Bakı ərazisində Suraxanı, Sabunçu rayonları, bölgələrdə isə Şəki, Tovuz, Şəmkir, Gəncə, Gəncə-Kəpəz, Gəncə-Nizami, Zaqatala, Yevlax, Qəbələ, Qazax, Göyçay, Goranboy, Şamaxı, Ağstafa, İsmayıllı, Balakən, Ağsu, Gədəbəy, Qax, Göygöl, Samux, Zərdab, Oğuz, Daşkəsən şəhər və rayonları üçün açıqdır.