Kimsə oralara təhsil almaq, kimsə iş qurmaq, kimsə isə yaşamaq üçün üz tutur. Bəs Bakı əhli Azərbaycandan başqa əsasən hansı ölkələrdə yaşamaq istərdi?
Bu barədə ACT Azərbaycan paytaxt sakinləri arasında sorğu keçirib. Sorğuda iştirak edənlərin təqribən 1/4-i (23%) ikinci vətən kimi Türkiyəni görür. Azərbaycanlıların illərdir üz tutduğu Rusiya arzuolunan ölkələr arasında ikincidir (13%). Bakı əhlinin Avropa ölkələri arasında sevimlisi Almaniya (12%) və Fransadır (4%). “İstənilən Avropa ölkəsi” deyənlər rəyi öyrənənlərin 10%-ini təşkil edir.
Amerika qitəsinə köçmək istəyənlər 14% təşkil edir ki, bunun da 10%-i ABŞ-a, 4%-i Kanadaya köçmək istəyənlərdir. Sorğuda iştirak edənlərin 7% üçün seçim etmək çətin olub. Respondentlərin 32 %-i Azərbaycanı heç bir ölkəyə dəyişmədiklərini bildiriblər.
Sorğu 23-28 sentyabr tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9%-dir.