2023-cü il ərzində ölkədə 14,9 min iş yeri bağlanıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu da 2022-cü illə müqayisə də 3 min iş yeri və ya 25,2% çoxdur.
Bu dövrdə bağlanmış iş yerlərinin 52,4 faizi qeyridövlət sektorunun payına düşüb. İş yerlərinin 47,4 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 52,6 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.