2023-cü il ərzində ölkədə 82,3 min yeni iş yerləri açılıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə hesabatına istinadən xəbərf verir.
Yeni iş yerləri əvvəlki il ilə müqayisədə 11 min və ya 15.4% çoxdur.
Bu dövrdə yaradılmış iş yerlərinin 91,8 faizi qeyridövlət sektorunda açılıb.
Yeni açılmış iş yerlərinin 79,7 faizi Bakı şəhərinin, 1,3 faizi Naxçıvan Muxtar Respublikasının, 19,0 faizi digər regionların, o cümlədən 3,6 faizi Abşeron-Xızı, 2,4 faizi Quba-Xaçmaz, 1,9 faizi Gəncə-Daşkəsən, 1,8 faizi ŞəkiZaqatala, 1,7 faizi Şirvan-Salyan, 1,6 faizi Qazax-Tovuz, 1,4 faizi Lənkəran-Astara, 1,3 faizi Mərkəzi Aran, 1,2 faizi Qarabağ, 0,9 faizi Şərqi Zəngəzur, 0,7 faizi Mil-Muğan, 0,5 faizi isə Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşmüşdür. Yeni açılmış iş yerlərinin 9,4 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 89,6 faizi mövcud müəssisə və təşkilatlarda, 0,5 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 0,5 faizi isə digər tədbirlər üzrə yaradılıb.
Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 25,7 faizi tikinti, 18,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 10,6 faizi emal sənayesi, 6,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 6,7 faizi peşə, elmi və texniki fəaliyyət, 6,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,1 faizi təhsil, 4,0 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 3,9 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 2,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi informasiya və rabitə, 8,6 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.