Miilli Məclisdə «Məşğulluq haqqında» qanuna dəyişiklik müzakirə edilir.
FED.az xəbər verir ki, parlamentə təqdim olunan dəyişikliklər işə qəbulla bağlı məsələləri tənzimləyir.
Qanuna təklif olunan dəyişikliklər maaşlarının bir hissəsi dövlət tərəfindən ödənilən sosial işlər üçün işə götürülən işçilərə aiddir.
Qanunun 1.1.21-ci maddəsinə edilən dəyişikliyə görə, sahibkarlar sosial iş yerlərinə işçi götürmək üçün 3 ay gözləməli olmayacaqlar. Qanunun əvvəlki variantına görə, sahibkarlar yalnız o iş yerlərinə sosial iş yeri kimi baxa bilərdilər ki, azı 3 ay əvvəl vakansiya elanı versinlər və buy er boş qalsın. İndi isə bu məsələ sadələşdirilib.
Qanunun 25.6-cı maddəsinə edilən dəyişiilk isə müəssisədə sosial iş yerlərinin sayını dəqiqləşdirir. İndiyədək belə iş yerləri şirətin ümumi işçilərinin 5%-dən artıq ola bilməzdi, indi isə bu hədd 20%-ə qaldırılıb, ammp maksimum 10 iş yeri ilə məhdudlaşdırılıb.
25.7-ci maddədə isə belə işlər üçün maaşların həcmi dəqiqləşdirilib. İndiyədək göstərilirdi ki, sosial iş yerlərində çalışanların maaşları müəssisədəki digər işçilərdən 10% artıq fərqlənə bilməzdi. Amma müəssisədə çalışanlaran maaşları fərqli olduğuna görə, bu tələb qeyri müəyyən idi. İndi isə məsələ dəqiqləşib. Qanuna dəyişikliüə görə, həmin maddədə "digər iş yerləri üzrə" sözləri "eyni vəzifə (peşə) üzrə digər iş yerlərindəki" sözləri ilə əvəz edilib.
Xatırladaq ki, qanuna əsasən, sosial iş yeri – işaxtaranlar və işsiz şəxslərin məşğulluğunu təmin etmək və işəgötürənləri həvəsləndirmək məqsədi ilə işəgötürənin ən azı 3 (üç) ay əvvəl vakansiya bankına təqdim olunmuş boş iş yeri üzrə işçinin əməkhaqqının bir hissəsinin bu Qanunla müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən maliyyələşdirilən iş yeri deməkdir.