Aparıcı telekommunikasiya operatorlarından olan “Ultel” şirkəti koronavirus epidemiyası şəraitində ən çox əziyyət çəkən səhiyyə işçilərinə və yaşı 60-dan yuxarı olan şəxslərə TV xidmətinə qoşulduqda ilk 6 ay pulsuz xidmət göstərməyə qərar verib.
Eləcə də bax: Həkimlərim maaşlarına 3-5 qat əlavə ediləcək - SƏRƏNCAM
FED.az məlumat verir ki, bununla “Ultel” yaranan şəraitdə ən həssas kateqoriyadan olan insanlara öz töhfəsini verir. Şirkət Bakı şəhərinin müxtəlif ərazilərində telefon, internet, kabel TV, IP-TV və sair rabitə xidmətləri göstərir. Şirkətin əsas hədəfi – insanların keyfiyyətli rabitəyə olan tələbatını daha çevik və əlçatan etməkdir.
Günü-gündən yenilənən şirkət ən son və müasir texnologiyalar tətbiq etməklə, abunəçilərinə yeni xidmətlər təklif edir. Özünə məxsus olan optik şəbəkə üzərindən yaşayış və qeyri-yaşayış binalarına, o cümlədən Bakı şəhərinin ən böyük iş mərkəzlərinə optik ortam üzərindən xidmət göstərir.