“AG Bank” ASC yarım ilin nəticələinə görə hesabatını açıqlayıb. FED.az-ın bank hesabatına istinadən məlumatına görə, 2018-ci ilin 2-ci rübünün nəticələrinə görə, bankın faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 21% azalaraq 9 milyon 675 min manat, faiz xərcləri 23% azalaraq 9 milyon 110 min manat olub.
Bu dövrdə bankın qeyri faiz gəlirləri 7% azalaraq 14 milyon 99 min manata, qeyri-faiz xərcləri isə 6,6% artaraq 17 milyon 718 min manata çatıb.
Cari ilin yanvar-iyun dövründəki 23 milyon 774 min manat cəmi gəlirlərə qarşı, cəmi xərclər 26 milyon 829 min manat təşkil edib və nəticədə xərclər gəlirləri üstələdiyindən 3 milyon 55 min manat əməliyyat zərəri yaranıb.
Bundan başqa “AG Bank” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 1 milyon 923 min manat da ayırıb. Beləliklə, Bankın zərəri 5 milyon 139 min manata yüksəlib.
30 İyun 2018-ci il tarixində “AG Bank” 487 milyon 790 min manat cəmi aktivlərə malik olub. Ötən ilin sonunda bu rəqəm 488 milyon 403 min manat idi. İlin birinci yarısında müştərilərə verilən kreditlər 7,3% azalaraq 282 milyon 907 min manatdan 263 milyon 612 min manata geriləyib.
Zərər ilə əlaqədar olaraq Bankın cəmi kapitalı 47 milyon 174 min manatdan 43 milyon 195 min manata düşüb.
“AG Bank” 41 milyon 486 min manat məcmu kapitala malik olub.