“Meqa sığorta” 2018-ci ilin ilk yarısını mənfəətlə başa vurub. FED.az “Meqasığorta”- ın 2018-ci ilin ilk yarımili üzrə açıqladığı “Mənfəət və Zərər” hesabatına əsasən xəbər verir ki, şirkətin əsas əməliyyat gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 47% artaraq 15 334,7 min manata yüksəlib ki, bu məbləğində 97,9%-i və ya 15 014,04 min manatı birbaşa sığorta üzrə haqların payına düşür.
Eləcə də bax: Məşhur sığorta şirkəti zərər açıqladı – YARIMİLLİK HESABAT
Şirkətin investisiya gəlirlərindən əldə etdiyi məbləğ bu ilin ilk yarımilində ötən ilin eyni dövrü ilə müqayisədə 9,9% azalaraq 771 419 manata enib.
Əsaas əməliyyat xərcləri isə 2 dəfə yaxın artaraq bu ilin ilk yarım ilində 10 094,9 min manat təşkil edib. Bu məbləğin 14,9%-i sığorta ödənişlərinin payına düşür. Xərclərin təqribən 85%-i isə təkrar sığortaya ödənmiş sığopta haqlarına sərf edilib.
Xatırladaq ki, FED.az hazırladığı sığorta haqları renkinqə əsasən “Meqasığorta” 2018-ci ilin ilk yarımilində 15 023,4 min manat sığopta yığımı ilə 21 şirkət arasında 6-cı yeri, sığorta ödənişləri renkinqə əsasən isə 21 şirkət arasında 13-cü yerdədir.
“Meqasığorta”-nın yekunda hesabat dövrü üçün mənfəəti 2 529,9 min manat olub ki , bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,8% azalma deməkdir. 2017-ci ilin sonu üçün isə şirkətin xalis mənfəəti 4 968,9 min manat olub.
FED.az “Meqasığorta”-ın “Balans” hesabatına istinadən məlumat verir ki, şirkətin cəmi aktivləri ilin əvvəlinə nəzərən 17,7% artaraq 41 790,6 min manata çatıb. Cəmi kapital isə 15,58% azalaraq 21 669,9 mln manata enib. Sığorta ödənişləri 2018-ci ilin ilk yarımili üzrə ötən ilin eyni dövrü ilə müqayisədə 21,71% artaraq 507,5 mln manat təşkil edib.
Eləcə də bax: Avropaya səyahət sığortası neçəyədir? – QİYMƏTLƏR
Xatırladaq ki, “Meqasığorta”nın nizamanamə kapitalının ümumi məbləği 14 500 min manatdır. Şirkət 6 fiziki şəxsə məxsusdur. Bunlar aşağıdakılardır:
Əliyev Rauf Zeynal oğlu – 19%, 551 səhm;
Əliyev Zeynal Hacıməmməd oğlu – 10%, 209 səhm;
İsmayılova Nəzakət Zakir qızı- 19%, 551 səhm;
Quliyev Zaur Zakir oğlu-19%, 551 səhm;
Qurbanov Yaşar Feyzi oğlu- 14%, 435 səhm;
Məmmədova Fərəh Fərahim qızı- 19%, 551 səhm.
Sığorta şirkəti yenə mənfəət açıqladı - YARIMİLLİK HESABAT
12:33
28 Avq 2018