“İpək Yolu Sığorta” ASC 2018-ci ili 1 milyon 694 min manat xalis mənfəətlə başa vurub.
FED.az xəbər verir ki, ötən il “İpək Yolu Sığorta”nın gəlirləri 20 milyon 722 min manat, xərcləri 18 milyon 605 min manat, mənfəət vergisi ödəmələri isə 423 min manat təşkil edib.
Bu il yanvarın 1-nə şirkətin aktivləri 29 milyon 926 min manat olub ki, bu da illiik müqayisədə 18,2% azdır.
2018-ci ildə “İpək Yolu Sığorta”nın öhdəlikləri 21,3% azalaraq 7 milyon 679 min manata, balans kapitalı isə 17,1% azalaraq 22 milyon 247 min manata düşüb.
Eləcə də bax: “PAŞA Sığorta” pul içində "üzür" - İLLİK HESABAT