Azərbaycanda yanvar-iyun ayları üzrə həyatın yaşam sığortası üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-iyun aylarında bu növ sığorta üzrə yığımlar 337 milyon 899 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 64 milyon 233 min manat və ya 23% çoxdur.
Ötən ilin yanvar-iyun aylarında bu göstərici 273 milyon 665 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 231 milyon 755 min manat təşkil edib ki, bu da illik müqayisədə 105 milyon 245 min manat və ya 83% çoxdur.
Ötən ilin eyni dövründə 126 milyon 513 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 69% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 23% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 46% təşkil edib.