“Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti filiallarının optimizasiyası məsələsi ilə bağlı yayılan əsassız xəbərlərə aydınlıq gətirib.
Dövlət Sığorta Kommersiya Şirkətindən FED.az saytına bildirilib ki, şirkətin idarəetmə strukturu korporativ qaydalara uyğunlaşdırılır: "Bir neçə istiqamətdə aparılan uğurlu işlərdən biri də portfelin sağlamlaşdırılması və bəzi xərclərin azaldılmasıdır. Təbii ki, sağlamlaşdırma və izafi xərclərin aradan qaldırılması üçün bəzi rayon filiallarının bağlanması qərara alınıb".
"Yəni sözügedən filiallar əldə etdikləri gəlirlərlə öz xərclərini qarşılaya bilmirdilər. Bu isə yekunda Dövlət Sığorta Şirkətinin gəlirlərinə ciddi təsir etməklə zərərlə işləməsinə gətirib çıxara bilərdi.
Regionlarda və paytaxt Bakıda yerləşən bağlanmış filiallar gəlirlilik baxımından daha səmərəli fəaliyyət göstərəcəyi halda nümayəndəlik statusu daşıyacaq. Regional statusa malik yeni filialların yaradılması nəzərdə tutulub.