“AM BEST” reyting agentliyi “AzRe Təkrarsığorta” ASC-nin reytinq proqnozunu yüksəldib.
Sığorta sahəsində dünyanın ən nüfuzlu reyting agentliyi hesab olunan “AM BEST” reyting agentliyi Azərbaycanın yeganə təkrarsığorta şirkəti olan “AzRe Təkrarsığorta” ASC-nin reytinqini yeniləyərək uzunmüddətli emitent reytinqini “BBB-”, maliyyə dayanıqlığı reytinqini isə “B+” səviyyəsində yenidən təsdiq etmişdir. Hər iki reytinq üzrə proqnoz “stabil”-dən “pozitiv”ə yüksəldib.
FED.az xəbər verir ki, bu barədə “AzRe Təkrarsığorta” ASC-dən bildirilib.
Eləcə də bax: Yığdıqlarının çoxunu ödənişə sərf edən - SIĞORTA ŞİRKƏTLƏRİ - SİYAHI
Qeyd edilib ki, şirkətə verilən reytinq investisiya reytinqi hesab olunmaqla onun çox güclü kapital adekvatlığı və əməliyyat gəlirliliyi göstəricilərini, həmçinin, qənaətbəxş biznes profili və risklərin idarə olunması sisteminə malik olmasını əks etdirir.
Xatırladırıq ki, investisiya reytinqi “AzRe Təkrarsığorta” şirkətinə ilk dəfə 2014-cü ildə verilib. 2015-2017-ci illərdə global makroiqtisadi böhran vəziyyətinə baxmayaraq şirkət öz reytinqini qoruyub saxlamış və öz fəaliyyətini beynəlxalq bazarlara, o cümlədən, MDB ölkələri və Yaxın Şərq bazarlarına genişləndirmişdir. Şirkətin maliyyə göstəriciləri və portfelinin diversifikasiyası 2018-2019-cu il makroiqtisadi inkişaf fonunda daha da inkişaf etdiyinə görə reytinq agentliyi tərəfindən “pozitiv” reytinq proqnozu verilib.
“Hədəfimiz regionumuzun lider təkrarsığortaçısı olmaqdır. Buna nail olmaq üçün müştərilərimizin təkrarsığorta ehtiyaclarını təmin edəcək peşəkar komandamız və güclü maliyyə göstəricilərimiz vardır. Uğurlarımızda bütün müştərilərimizin, xüsusilə də yerli sığorta bazarının rolu danılmazdır. Bizə etibar etdiklərinə və dəstək olduqlarına görə bütün müştərilərimizə təşəkkür edirik” - şirkətin İdarə Heyətinin sədri Vüsal Abbasov bildirib.
Marja