Bu ilin yanvar-noyabr aylarında mədənçıxarma sənayesində hasil edilən qiymətli metal filizləri və konsentratların həcmi açıqlanıb.
ELƏCƏ DƏ BAX: Şirkətlərdə ixrac artıb, fiziki şəxslərdə azalıb – RƏQƏMLƏR
Dövlət Statistika Komitəsindən FED.az-a verilən məlumata görə, bu ilin 11 ayında ölkədə 3 ton 951,5 kq qızıl hasil edilib.
Bu, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 30,23 faiz azdır. Gümüş hasilatında isə əksinə, kəskin artım qeydə alınıb. Bu ilin yanvar-noyabr aylarında 2 ton 172,4 kq gümüş hasil olunub ki, bu da keçən illə müqayisədə 3,8 dəfə çoxdur.
Qızıl və gümüş hasilatında – FƏRQLİ MƏNZƏRƏ

20:06
17 Dek 2018