2018-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda ticarət əməliyyatlarının həcmi 28 mlrd 214 mln 292 min dollar təşkil edib.
FED.az Gömrük Komitəsinə əsasən xəbər verir ki, bu il ticarət əməliyyatlarının həcmi 8 mlrd dollar və ya 39,04% artıb.
İxrac əməliyyatların həcmi bu ilin yanvar-noyabr ayları ərzində ötən ilə nisbətən 43,40% artaraq 17 mlrd 919 mln dollara çatıb. İxrac olunan malların çeşid sayı isə əksinə, 2,91% azalaraq 3 min 4 ədədə enib.
Bu ilin yanvar-noyabr aylarında dövlət və özəl sektor tərifindən edilən ixracın məbləği ötən ilə nəzərən müvafiq olaraq dövlət sektoru üzrə 56,68% artaraq 12 mlrd 457,6 mln dollar, özəl sektor üzrə 22,86% artaraq 5 mlrd 380,9 mln dollar olub.
Fiziki şəxslər tərəfindən ixrac əməliyyatlarının dəyəri 2,12 dəfə azalaraq 80,3 mln dollara enib.
Azərbaycandan ölkələrə edilən ixrac əməliyyatlarının məbləği üzrə bu ilin yanvar –noyabr aylarında dəyişmə ötən ilə nəzərən belə olub: MDB ölkələri üzrə ixrac əməliyyatlarının məbləği 8,14% artaraq 1 mlrd 13,9 mln ollar, Aİ ölkələri üzrə 1,5 dəfə arataraq 9 mlrd 964,9 mln dollar, digər ölkələr üzrə 40,84% artaraq 6 mlrd 940,01 mln dollar təşkil edib.
Bu ilin yanvar-noyabr ayları ərzində ixrac əməliyyatlarının ən yüksək həddi aprel ayı üzrə ( 2 mlrd 296,8 mln dollar), ən aşağı həddi yanvar ayı üzrə ( 1 mlrd 38,7 mln dollar) qeydə alınıb.
Qeyri-neft sektoru üzrə ixracın həcmi 10,45% artaraq 1 mlrd 531,7 mln dollar təşkil edib.
Humanitar yük, təmənasız kömək üzrə ixrac əməliyyatlarının məbləği 3,6 dəfə azalaraq 128,4 min dollar olub.
Şirkətlərdə ixrac artıb, fiziki şəxslərdə azalıb – RƏQƏMLƏR
14:59
17 Dek 2018