Azərbaycanda qənd, şəkər tozu istehsalı kəskin azalıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2020-ci ilin ilk iki ayında ölkədə 24,5 min ton qənd və şəkər tozu istehsal edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu məhsulların istehsalı 56,2% və ya 2,3 dəfə azalıb.
İstehsal olunan qənd və şəkərin isə 3-də ikisi anbarlarda qalıb. Belə DSK-nin məlumatına görə, anbarlarda qalan qənd və şəkər tozunun həcmi 16,3 min tondur.
Qeyd edək ki, istehsalın azalmasının səbəbi bir qədər əvvəl ölkənin yeganə şəkər emalı zavodua olan İmişli Şəkər Zavodunun fəaliyyətini dayandırmasıdır.