Cari ilin yanvar-fevral aylarında Azərbaycandan xaricə 21,9 milyon dollar dəyərində karbamid ixrac edilib.
Karbamid ixracı 32%-dən çox azalıb
FED.az biznes və maliyyə xəbərləri portalı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) açıqladığı “İxrac icmalı”nın mart sayına istinadən xəbər verir ki, karbamid ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,1 milyon dollar və ya 39,2% azalıb.
Belə ki, 2025-ci ilin ilk iki ayında ölkədən 36 milyon ABŞ dolları dəyərində karbamid ixrac edilmişdi.
Qeyd edək ki, hesabat dövründə ölkədən xaricə ən çox ixrac olunan məhsul qızıl (60,7 milyon dollar), fındıq (57,4 milyon dollar) və mis filizləri və konsentratları (44,6 milyon dollar) olub. Ən çox ixrac olunan malların siyahısında növbəti yerləri kənd təsərrüfatı malları – pambıq (31,6 milyon dollar), xurma (30,9 milyon dollar) və pomidor (26,6 milyon dollar) tutur. Pambıq ixracında ötən illə müqayisədə kəskin artım olsa da, xurma və pomidor ixracı cüzi artıb.
Məlumat üçün bildirək ki, 2025-ci il ərzində Azərbaycandan 170,8 milyon dollar dəyərində karbamid ixrac edilib. Bu, 2024-cü illə müqayisədə 44,6 milyon dollar, yaxud da 35,3% çoxdur. 2024-cü ildə ölkədən 126,2 milyon dəyərində karbamid ixrac edilmişdi.












