Bakı-Tbilisi qatarına minik üçün biletlə yanaşı, başqa sənədlərin təqdim olunması mütləqdir.
Gürcüstana hansı yolla getmək sərfəlidir – ADY-nin QATARI, YOXSA AZAL-ın TƏYYARƏSİ? - MÜQAYİSƏ - QİYMƏTLƏR
FED.az bu barədə “Azərbaycan Dəmir Yolları”na QSC (ADY) istinadən xəbər verir.
Məlumata əsasən, bu sənədlərə ümumvətəndaş pasportunun əsli (mygov-dan əldə edilmiş rəqəmsal versiya keçərli deyil), Gürcüstan tərəfinin tələblərinə uyğun olaraq sağlamlıq sığortası, 5 yaşadək bir uşaqla səfər üçün onun adına rəsmiləşdirilmiş pulsuz bilet, bir valideynlə səfər edən uşaq (-lar) üçün digər valideynin və ya başqa bir böyüklə (valideynsiz) səfər edən uşaq (-lar) üçün hər iki valideynin ayrı-ayrılıqda notarial qaydada təsdiqlənmiş etibarnaməsi daxildir.
“Qatara sürətli və rahat keçid üçün qeyd olunan sənədləri özünüzlə götürməyi unutmayın. Bu gün saat 23:10-da Bakı-Tbilisi qatarı ilk səfərinin həyata keçirəcək. Hər bir sərnişinimizə uğurlu yollar arzu edirik!”, – ADY-dən bildirilib.













