Xəbər verildiyi kimi, Qida Təhlükəsizliyi agentliyi kolbasa-sosiska məmulatları bazarında məhsullarını tərkibi ilə bağlı araşdırmanın nəticələrini açıqlayıb.
AQTA tərkibində problem olan kolbasa-sosiska məhsullarını açıqlayıb - SİYAHI
FED.az-ın məlumatına görə, 89 məhsul üzrə aparılan araşdırmada 9 məhsulun tərkibində problem aşkar edilib.
Onlardan biri Rəhimovların Ailə Təsərrüfatının istehsal etdiyi «Kəndli» markası ilə satılan bişirilmiş hisə verilmiş kolbasa məhsullarıdır.
Araşdırma göstərib ki, bu kolbasaların üzərində donuz əti bəyan edilmədiyi halda, onların tərkibində donuz DNT-si aşkarlanıb.
Agentlik bu araşdırmanı fevral ayında istehsal olunan kolbasaların üzərində apararaq bu nəticəyə gəlib.
Qeyd edək ki, Rəhimovlar ailə təsərrüfatının yaradıcısı və sahibi Masallıdan olan sahibkar Əhmədağa Rəhimovdur.
Ailənin ətlik mal-qara təsərrüfatı var, bir neçə ildən sonra sahibkar dövlət tərəfindən ailə biznesinə dəstək üçün yarıdalan ABAD təşkilatına müraciət edərək kolbasa istehsal etmək üçün xüsusi şəraitə və avadanlıq almaq üçün dəstək istəyib. “ABAD”dan verilən dəstək hesabına təsərrüfat kolbasa məmulatlarının istehsalına başlayıb.
Qeyd edək ki, Rəhimovlar ailə təsərrüfatının təqdim etdiyi “Kəndli” kolbasaları böyük supermarketlər şəbəkəsində də satışa çıxarılır.