7 mart tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 20 ticarət müəssisəsi və 5 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 11 müəssisədə nöqsanlar müəyyən olunub.
8-ci km bazarında keyfiyyətsiz kolbasalar aşkarlanıb - FOTO
Bu barədə FED.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 4, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 5, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 4, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 3, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 3 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Aşkar olunan nöqsanlar |
Ticarət müəssisələri |
|||
1 |
“Çinar” şərab evi |
Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev pr., ev 3 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
2 |
“Ruslan 93” market |
Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev pr., ev 7A |
1.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
3 |
“Qayalı” market |
Sumqayıt şəhəri, məh. 15, ev 10-1 |
1.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
4 |
“Bolmart” market |
Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksi |
1.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
5 |
“Ağabəyoğlu” market |
Xaçmaz rayonu, Hacıəlibəy kəndi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
6 |
“Qardaşlar” market |
Masallı şəhəri, Z.Əliyeva prospekti |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
7 |
“Ucuz” market |
Masallı şəhəri, 20 Yanvar küçəsi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
8 |
Əsədov Asif Yusif oğluna məxsus mağaza |
Bərdə rayonu, N.Nərimanov küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
İctimai iaşə müəssisələri |
|||
9 |
“Cıdır” kafesi |
Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 1 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
10 |
“Yüksəl” kafesi |
Quba şəhəri, Atıcı Diviziya küçəsi, 223-cü məhəllə |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
11 |
Bayandırov Sahibə məxsus çay evi |
Bərdə rayonu, Ü.Hacıbəyov küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |