Rusiya Federasiyasından Azərbaycana göndərilən vəsaitlərin həcmində azalma müşahidə olunub.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu ilin yanvar-sentyabr aylarında Rusiyadan ölkəmizə daxil olan vəsait 343 milyon 888 min manat təşkil edib.
Bu da illik müqayisədə 16,3% və ya 66 milyon 830 min manat azalma deməkdir.
Qeyd edək ki, ötən ilin müvafiq dövründə Rusiyadan Azərbaycana 410 milyon 718 min manat pul köçürülmüşdü.










