Azərbaycandan bu ilin yanvar-oktyabr aylarında Rumıniyaya cəmi 869,5 min ton neft ixrac edilib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, Rumıniyaya ixrac edilmiş neftin dəyəri isə 475,9 milyon dollar olub.
Son bir il ərzində ixracın həcmində 284 min ton (48,5%), dəyərində isə 125 milyon dollar (35,7%) artım baş verib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayında isə Azərbaycan Rumıniyaya 350,7 milyon dollar dəyərində 585,6 min ton neft ixrac etmişdi.
Bu ilin yanvar-oktyabr aylarının nəticələrinə görə Rumıniyaya ixrac edilmiş neftin orta hesabla 1 tonunun dəyəri 930 manat olub ki, bu da 2024-cü ilin müvafiq göstəricisinə görə 88 manat (8,6%) azdır. Ötən ilin müvafiq dövründə bu göstərici 1018 manata bərabər olub.
Xam neftin ixrac olunduğu ölkələrin siyahısında Rumıniya 2025-ci ildə 5-ci, 2024-cü ildə isə 9-cu yerdə olub.










