“Asel Kredit” BOKT MMC-nin maliyyə vəziyyəti məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı, BOKT-un 2018-ci il üzrə hesabatına istinadən xəbər verir ki, ötən il BOKT-un cəmi aktivləri 8 milyon 130 min 820 manat olub. Bu göstərici 2017-ci ilin yekunu ilə müqayisədə 1 milyon 852 min 231 manat və ya 29,50% çoxdur.
Eləcə də bax: Azərbaycanda BOKT-ların - AKTİVLƏRİNİN HƏCMİ ÜZRƏ - RENKİNQİ – SİYAHI (2018)
2018-ci ilin sonuna “Asel Kredit” BOKT-un cəmi kapitalı 109 milyon 681 min manat təşkil edib. Bu, qurumun 2017-ci ildəki gösəricisi ilə müqayisədə 20 min 810 manat və ya 1,93% artıqdır.
2018-ci ildə BOKT-un öhdəlikləri 2017-ci illə müqayisədə 12,24 dəfə artaraq 178 min 010 manat təşkil edib.
Eləcə də bax: Azərbaycanda BOKT-ların – KREDİT PORTFELİ ÜZRƏ - RENKİNQİ – SİYAHI (2018)
BOKT-un «mənfəət-zərər»hesabatından məlum olur ki, 2018-i ildə “Asel Kredit” BOKT-un əməliyyat gəlirləri 1 milyon 617 min 740 manat, faiz xərcdəri 701,7 min manat, qeyri-faiz xərcləri 888 min 224 min manat təşkil edib.
2017-ci illə müqayisədə, BOKT-un əməliyyat gəliri 2,6%, faiz xərcləri 15,2%, qeyri-faiz xərcləri 16,2% azalıb.
Eləcə də bax: Azərbaycanda BOKT-ların – AKTİVLƏRİNİN DİNAMİKASI - RENKİNQİ – SİYAHI (2017-2018)
BOKT-un ötən il 27 min 778 manat əməliyyat mənfəəti ilə başa vurub. Qeyd edək ki, 2017-ci illə müqayisədə 2018-ci ilda BOKTun əməliyyat mənfəəti 10 min 798 manat və ya 63,59% çoxdur.
Buradan 3 396 manat mənfəət vergisi ödənilib.
Nəticədə «Asel Kredit» BOKT 2018-ci ili 24 min 382 manat xalis mənfəətlə başa vurub ki, bu da 2017-ci illə müqayisədə 10 min 798 manat və ya 79,49% artaraq təşkil edib.
2017-ci illə müqayisədə 2018-ci ildə də BOKT-un nizamnamə kapitalı olduğu kimi 800 min manat olub.
Bununla yanaşı, hesabat tarixinin sonuna BOKT-un 296 min 810 manat bölüşdürülməmiş mənfəətini də nəzərə alanda «Asel Kredit» BOKT-un cəmi kapitalı 1 milyon 096 min 810 manata bərabər olub.
Eləcə də bax: Azərbaycanda BOKT-ların – CƏMİ KAPİTALI ÜZRƏ - RENKİNQİ – SİYAHI (2018)