Rusiya və Türkiyə Müdafiə Nazirlikləri 10 noyabr tarixində Dağlıq Qarabağda atəşkəsə riayət etmək üçün birgə monitorinq mərkəzi yaratmaqla bağlı xüsusi razılaşma imzalayacaq.
Eləcə də bax: Ərdoğan Putinə Dağlıq Qarabağla bağlı işçi qrupunun yaradılmasını - Təklif Edib
FED.az xəbər verir ki, bu barədə “İnterfaks” diplomatik mənbəyə istinadən məlumat yayıb.
Monitorinq mərkəzinin işi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin birgə bəyanatının beşinci bəndi ilə tənzimlənir.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Rusiya və Türkiyənin sülhməramlı qüvvələrinin Dağlıq Qarabağda birgə fəaliyyət göstərəcəyini bəyan edib.