“Münaqişənin tənzimlənməsi ilə bağlı imzalanan sənəddə mühüm bəndlərdən biri də sülhməramlı qüvvələrin yerləşdirilməsidir. Münaqişə zonasında kiçik sayda və yüngül silahlarla təchiz olunmuş Rusiya və Türkiyə sülhməramlı qüvvələri razılaşmanın yerinə yetirilməsinə nəzarət edəcəklər”.
Eləcə də bax: Qarabağla bağlı hələ açıq qalan - 40 VACİB SUAL – NƏ, NECƏ OLACAQ? - SİYAHI
FED.az xəbər verir ki, bunu parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib. O qeyd edib ki, Rusiya 90-cı illərdən fərqli olaraq bu əməliyyatlar dönəmində səmimiyyətini və digər vasitəçi dövlətlərdən, Ermənistanın aşkar-gizli havadarlarından fərqli olaraq neytrallığını qorumaqla Azərbaycanın səmimi dostu olduğunu və bizimlə strateji müttəfiqlik münasibətlərində olmaq istəyini ortaya qoydu.
“Eyni zamanda bölgəyə azsaylı sülhyaradıcı rus kontingentinin gəlməsi heç bir halda Rusiyanın Azərbaycanda yenidən hərbi baza yaratması kimi qiymətləndirilməməlidir. Bu sadəcə Türkiyə hərbçiləri ilə birlikdə məhdud sayda sülhməramlı hərbçilərin mövcudluğundan ibarət olacaq.
Əsas qalib isə Azərbaycandır! İndidən sonra regionda heç bir qüvvə Azərbaycanın maraqlarına qarşı çıxa bilməz! Regionun ən güclü ölkəsi bizik!”. (Qafqazinfo)