Rusiya ötən gün 170 sülhməramlı daxil olmaqla Qarabağa 20 təyyarə göndərib.
Eləcə də bax: Şoyqu Qarabağa yerləşdirilən sülhməramlılarla bağlı - Detalları Açıqladı
FED.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Cümə günü Rusiyanın müdafiə naziri Sergey Şoyqu artıq 1100-dən çox rus sülhməramlısının Dağlıq Qarabağa göndərildiyini və 73 təyyarənin havaya qalxdığını söyləyib.
Qeyd edilib ki, Qarabağa gedəcək Rusiya sülhməramlı qüvvələrinin ümumi sayı 1960 nəfər, həmçinin, 90 zirehli, 380 avtomobil və digər texnika olacaq.
Daşınmalar İl-76 təyyarələri ilə Ulyanovsk-Vostoşnı aerodromundan Ermənistan istiqamətində həyata keçirilib. (Apa)