İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) Qarabağda biznes qurmaq üçün macar şirkətlərindən 81 müraciət daxil olub.
FED.az xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclasında deyib.
O bildirib ki, ölkələr arasında strateji münasibətlər genişlənir: "Biz əlaqələrimizi genişləndirmək əzmindəyik". (Report)