Azərbaycana geri döndükdən sonra uzun müxtəlif yerli şirkətlərdə rəhbər işləməklə bərabər daim iş ortamında aktiv olduğuma görə, ölkəmizdə biznesdə başverənlər haqda birbaşa məlumatlıyam.
Uzun zaman diqqətimi çəkən bir məqam bu idi ki, heç bir riyazi hesablamalara və ən primitiv məntiqə sığmayan idarə etmə tərzinə baxmayaraq, Azərbaycanda böyük şirkət və holdinqlər nəinki batmır – onlar keçən zamanda böyüyürlər.
Biznes, idarəçilik, sahibkarlıq tamamilə sadə hesablamalar və rəqəmlər üzərində olan fəaliyyət növüdür və istənilən biznesin ana məqsədi, mənfəət əldə etməkdir. Mənfəət hesablaması ilə belə olur : gəlir – xərclər. Yenə də çox sadə formada nəzər yetirsək, şirkət sahibinin mənfəətini artırmaq üçün cəmi 2 dərdi var : gəlirləri artırmaq və xərcləri azaltmar. Bu, işin nəzəri hissəsidir və bunu hərkəs bilir.
Reallıq isə tamamilə fərqlidir. Və nəinki tamamilə fərqlidir – biznesi biznes edən BÜTÜN qanun qayda pozuluq, və bu pozuntulara baxmayaraq, şirkət çökmür.
ELƏCƏ DƏ BAX: Sahibkarlar iş yerlərini ixtisar etməsinlər - PREZİDENT
Gəlir hissəsində olan müştəriyə qarşı laqeyid davranma, onu hər imkanda aldadma və əlavə gəlir əldə etmə kimi halların olması ilə bərabər, xərc tərəfində otkat, daxili korrupsiya, oğurluq, yeyinti, xərclərin şişirilməsi kimi hallar “bacarana can qurban” kimi dəyərləndirilir.
Şirkət sahiblərinə bu kimi halların dəmir kimi möhkəm sübutlarla təqdim edilməsi hallarında qarşınızdakı insanın bəzi hallarda narazıçılıq, bəzi hallarda eşitməməzlik etməsi insanı təəccübləndirir.
Azərbaycanda daha yeni olanda mən də “özü yaxşıdır, ətrafı pis” əfsanələrini eşidirdim, amma anlayırdım ki, həqiqət bu deyildi.
Və daim özümə bu sual verirdim : “şirkətin SAHİBİ olan bir insan ondan olan itgilərə niyə sussun?” Təsəvvür edin ki, kimsə Sizə yaxınlaşır, və Sizin cibinizdən 5 manat pul çıxardır. Pulun məbləğindan daha vacib insanı narahat edən oğurluq faktıdır – amma biznes sahibi onminlərlə manatların havaya uçmasına susur.
Azərbaycanda biznesin içində illərlə olduqdan sonra anladım ki, ilk baxışda məntiqsiz kimi görünən bu yanaşma tərzi çox məntiqlidir – sadəcə biz bəzi reallıqları və doğruları bilmirik.
BÜTÜN YUXARIDA YAZILANLARIN CƏMİ BİR CAVABI VAR :
Sahibkar əslində sahibkar deyil – başqa birinin pullarını işlədəndir. Və sahibkar şəxsən qəpik-qəpik qazandığı pulların yiyəsi və idarəçi olmadığına görə də, başqa birinin hesabına qohum-əqrəba, dost-tanış arasında imic qazanmağa çalışır. Əksər hallarda bu “sahibkarlar” özləri də elə ən böyük oğru olurlar.
Bəs bu yanaşma niyə indiyə qədər işləyirdi? Bütün idarəçilik səhvləri dotasiyalarla örtülürdü.
2 il öncə Milli Marketinq Forumunda çıxışıma başlayanda demişdim ki, biz bu gün bir sualın cavabını verəcəyik : “Azərbaycanda biznesin neçə yaşı var?” Və nitqimin sonunda da qeyd edirəm ki, ölkəmizdə ƏSL biznes 2014.cü ildə anadan oldu – neftin qiyməti endiyi andan etibarən.
BÖHRAN İMKANLARDIR
Düşünürəm ki, bu gün artıq böyük şirkətlərin zəifləməsi vəziyyəti yaxınlaşdı və bu zəifləmə sürəti də artaraq gedəcək. Dəyişən müştəri davranışları, azalan pul kütləsi, dotasiyaların olmadığı, yeni vergi dəyişiklikləri, ŞƏFFAF biznes ortamı və real rəqabətcil bazarda böyük şirkətlərimiz çökəcək - əgər tamamilə reformlara və dəyişiklilərə başlamasalar.
Amma yeni iqtisadi dövrlə əlaqəli yaxşı məqam da odur ki, kiçik və orta sahibkarlar və şirkətlər üçün artıq ciddi imkanlar mərhələsidir – illərlə xərcləri optimallaşdıran, hər müştərisi üzərində çarpışan, idarəçilikdə detallara diqqət edən, müştərilərinə daim fərqli dəyərlər təqdim edənlər irəli gedəcəklər.
Kiçik və orta sahibkarların üçün əslində indi möhtəşəm bir imkanlar dövrü gəlib – ŞƏFFAFLIQ.
Böyük şirkətlər və holdinqlər rəqibsiz və kənardan gələn pullarla idarə edildiyinə görə, rəsmi və maneələrlə işləməkdə çətinlik çəkəcəklər. Kiçik və orta, müstəqi və məmurlara bağlı olmayan sahibkarlar isə ANCAQ öz gücləri ilə, daim mübarizə apararaq işlədiklərinə görə isə çox gözəl böyümə imkanı əldə edəcəklər.