Azera Holding
Mühasib
Son tarix 20 iyn 2026 - [email protected]
AZERA Holding tərkibində fəaliyyət göstərən AGRO-LAND AZ QSC Mühasib vakansiyası elan edir.
Struktur bölməsi: Maliyyə-Mühasibatlıq
İş yeri: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi
İş rejimi: Tam ştat
Tələblər:
- Ali təhsil (Mühasibat uçotu, Maliyyə, İqtisadiyyat və ya əlaqəli sahə üzrə)
- İstehsalat sahəsində minimum 2-3 il iş təcrübəsi
- Azərbaycan dili səlis, Rus və İngilis dili biliyi üstünlükdür
- 1C proqramı üzrə bilik və təlim/sertifikat üstünlükdür
- MS Office proqramlarında, xüsusilə Excel və Word üzrə sərbəst işləmək bacarığı
- Elektron vergi portalları və dövlət sistemləri ilə işləmək bacarığı
- E-qaimə, internet bankçılıq və elektron hesabat sistemlərindən istifadə bacarığı
- Elektron sənəd dövriyyəsi və ofis avadanlıqları ilə işləmək bacarığı
- Maliyyə və vergi qanunvericiliyi üzrə biliklər
Şəxsi keyfiyyətlər:
- Məsuliyyətli və intizamlı
- Diqqətli və dəqiq
- Analitik düşünmə bacarığı
- Məxfilik prinsiplərinə riayət edən
- Operativ və çevik qərarvermə bacarığı
- Komandada işləmək bacarığı
- Stressə davamlı
- Ünsiyyət və təşkilatçılıq bacarığı yüksək olan
- İşə planlı və sistemli yanaşan
Vəzifə öhdəlikləri:
- Mühasibat əməliyyatlarının (provodkaların) düzgün və vaxtında icra olunması
- Mühasibat uçotunun qanunvericiliyə uyğun aparılması
- Maliyyə sənədlərinin hazırlanması və nəzarətdə saxlanılması
- Vergi və digər hesabatların hazırlanması prosesində iştirak
- Gündəlik maliyyə əməliyyatlarının uçotunun aparılması
Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt göndərə bilərlər.















