Azərbaycan Mərkəzi Bankının 2026-cı ilin may proqnozlarına əsasən, cari ildə real ifadədə iqtisadi artım tempinin ümumi ÜDM üzrə 1,1%, qeyri-neft-qaz ÜDM üzrə isə 3,2 faiz olacağı gözlənilir.
"Fitch": Enerji qiymətlərinin yüksəlməsi Azərbaycanda iqtisadi artıma töhfə verə bilər
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın “Pul siyasəti icmalı"nda bildirilir.
2027-ci ildə iqtisadi artım tempinin ümumi və qeyri-neft-qaz sektorları üzrə real ifadədə müvafiq olaraq 3,2 faiz və 4,7 faiz olacağı proqnozlaşdırılır.













