Dünya Bankının Biləsuvar–Astara yolunun bərpasını maliyyələşdirməsi müzakirə olunub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu mövzu maliyyə naziri Sahil Babayevlə Azərbaycanda səfərdə olan Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Praysın görüşündə müzakirə edilib.
Görüşdə Azərbaycan və Dünya Bankı arasında M3 magistral avtomobil yolunun Biləsuvar–Astara hissəsinin bərpası üzrə potensial maliyyələşmə imkanları nəzərdən keçirilib.
Dünya Bankının dəstəyi ilə həyata keçirilən “Regional bağlantı və inkişaf” layihəsinə toxunan S.Babayev Salyan–Biləsuvar yol dəhlizinin yenidən qurulmasının başa çatdırılmasının regional bağlantıların gücləndirilməsi və logistika infrastrukturunun yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.













