9 iyul 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;
Dövlət istiqrazının növü | Faizli, ortamüddətli dövlət istiqrazları |
Qiymətli kağızın ISIN kodu | AZ0106012757 |
Emissiya həcmi | 15 000 000 AZN |
Nominal dəyəri | 100 AZN |
İstiqrazların tədavül müddəti | 1092 gün |
Faiz ödənişləri (olduqda) | 07 yanvar 2020-cu il, 07 iyul 2020-ci il, 05 yanvar 2021-ci il, 06 iyul 2021-ci il,04 yanvar 2022-ci il, 05 iyul 2022 |
Faiz gəliri | 9 % |
Ödəmə tarixi | 05.07.2022 |
Anderrayter | Paşa Kapital İŞ
QSC |
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.