Bu ilin ilk 5 ayında Azərbaycanda kredit qoyuluşları 13 milyard 198 milyon manat olub. FED.az-ın Mərkəzi Banka istinadən verdiyi məlumata görə, təkcə mayda kredit qoyuluşu 186,6 milyon manat artıb. İlin əvvəlindən isə artım 178 milyon manat təşkil edib.
Eləcə də bax: Azərbaycanda manatla ən sərfəli əmanət cəlb edən banklar – SİYAHI
Sektorlar üzrə mayda ən çox artım istehlak kreditlərində (ev təsərrüfatlarında), ən çox azalma isə energetika, kimya və təbii ehtiyatlar sektorunda olub.
Kredit qoyuluşlarının mayda sektorlara görə dəyişməsi:
Ticarət və xidmət sektoru – 12,8 milyon manat artıb
Energetika, kimya və təbii ehtiyatlar sektoru – 3,5 milyon azalıb
Kənd təsərrüfatı və emal – 17,9 milyon manat artıb
İnşaat və əmlak – 8,4 milyon manat artıb
Sənaye və istehsal sektoru – 9,2 milyon artıb
Nəqliyyat və rabitə - 29,3 milyon artıb
Ev təsərrüfatlarına - 142,7 milyon manat artıb (ümumi artımın 76,4%-i)
Daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediit daxil olamqla) – 18,4 milyon manat artıb
İctimai təşkilatlara verilmiş kreditlər – 200 min manat azalıb
Hökumət idarələrinə - 100 min manat artıb
Digər sektorlar – 22,5 milyon manat azalıb
Akkreditivlər üzrə - 400 min manat azalıb
Zəmanətlər üzrə - 500 min manat azalıb
Faktorinq əməliyyatları – 2 milyon manat artıb
Overdraft - 800 min manat artıb
Maliyyə sektoruna kredit qoyuluşu – 16 milyon manat artıb.
İstehlak kreditləri yenə rekord qırır – RƏQƏMLƏR AÇIQLANDI
13:24
1 İyul 2019