Bakının yeganə metro xidmətini həyata keçirən “Bakı Metropoliteni” QSC-yə 2022-ci ilin dövlət büdcəsindən ayrılacaq subsidiyanın həcmi açıqlandı.
Eləcə də bax: Prezident gələn ilin dövlət büdcəsini - TƏSDİQLƏYİB
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Bakı Metropoliteninə gələn ilin dövlət büdcəsindən 51.92 milyon manat ayrılacaq. Bu da 2021-ci ildəkindən 32% çoxdur.
2021-ci il üzrə büdcədən metropolitenə 39 milyon 167.5 min manat subsidiya ayrılmışdı.