"Camal LTD" MMC Hava, Dəniz, Çay, Avtomobil, Dəmir Yolu Nəqliyyatinda Və Metropolitendə olan qaydalar əleyhinə inzibati xəta üzrə cərimə oluna bilər.
FED.az xəbər verir ki, şirkət barəsində protokol İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə iddası ilə irəli sürülüb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinə görə, sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.
İş Bakı Şəhər Nizami Rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın icraatındadır.